Yay aylarında dərimizə daha çox diqqət etməyə başlayırıq. Səbəbi isə soyuq mövsümdən çıxmağımızdır. Bəllidir ki, soyuq dərimizi qurudur və nəticədə cild nəmsiz qalır. Bu məqsədlə edəcəyimiz üz maskaları dərimizin parlaqlığını, sağlam görünüşünü geri verəcək. Üz maskasından sonra dərimizdə qan dövranı yaxşılaşır, dəriyə təzəlik verir və gənc görünüş bəxş edir. Unutmayın ki, üz maskalarını həftədə bir dəfə etmək daha məsləhətdir. Çünki çox tətbiq etmək dərini qurudur.
Dəridə yaranan yeni ləkələr üçün:
1 xörək qaşığı düyü
1 stəkan süd
Bunları bişirib yaxşıca süzün. Hər gecə üzünüzə sürtün. Gözəl nəticələr əldə edə bilərsiniz.
Avokado maskası:
Üzümüzdə qış aylarından qalan təsiri təmizləmək üçün ideal bir maska:
1 avokado
2 damcı zeytun yağı
5-6 damcı limon suyu
Avokadonu pürə halına gətirin. İçinə zeytun yağı və limon suyu əlavə edin. Üzünüzə sürtüb 10 dəqiqə gözləyin.
Yağlı və normal dərilər üçün
Bu maska dərini təmizləyir, yağ nisbətini tənzimləyir və hüceyrə yenilənməsini təmin edir.
1 yemək qaşığı bal
1 yemək qaşığı limon suyu
Yarım yemək qaşığı süd
Bunları qarışdırıb 2 həftədən bir tətbiq edin.
Dəriyə canlılıq verən maska
Bu maska ilə dərinizdəki solğun rəng gedəcək, daha canlı rəng alacaq.
Yarım banan
1 çay qaşığı bal
1 limon qabığı
Limon qabığını rəndələyin, daha sonra banan və balla qarışdırıb üzə çəkin, ən çox 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.