Mütəxəsislər dərinizə nəmlilik qazandırmaq və mükəmməl bir dəriyə sahib olmaq üçün hər zaman təbii vasitələrə üstünlük verməyi tövsiyyə edirlər.
Zeytun yağı doymamış yağ turşuları baxımından olduqca zəngin bir yağdır, xüsusilə də omeqa-3 baxımından. Bu baxımdan dəriyə elastiklik qazandırır. Vitamin, mineral baxımından olduqca zəngin və zülal qaynağı olan bal isə dərini təmizləyir. Özündəki elementlər sayəsində hüceyrələri yeniləyir.
lunar.az mükəmməl bir dəriyə sahib olmaq üçün sizə kömək ola biləcək ballı və zeytun yağlı maska reseptini təqdim edir.
Lazım olanlar:
1 yumurta 1 yemək qaşığı bal 1 yemək qaşığı zeytun yağı
Hazırlanması və istifadəsi:
Bir kasada yumurtanı qırın üzərinə bal və zeytun yağını töküb yaxşıca qarışdırın. Sonra üzünüzə çəkib 15 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yuya bilərsiniz.
Üzünüzün nəm tarazlığını yenidən təmin etmək və məsamələrin sıxlaşması üçün son dərəcə asan olan bu maskanı həftədə 1 dəfə istifadə edə bilərsiniz.