Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Saç düzləşdirici fen alarkən bunları əməl edin

Saç düzləşdirici fen alarkən bunları əməl edin

Saç düzləşdirici fen alarkən bunları əməl edin


Siz də saçlarınızın düz olmasını istəyirsiniz? Bunun üçün yəqin ki, davamlı olaraq saç düzləşdirən fenlərdən istifadə edirsiniz. Bəs bu cür fenlərin hamısına güvənmək olarmı? lunar.az sizə yaxşı və pis saç düzləşdirən fenləri ayırmağa kömək edəcək.

1) Hansı model düzləşdirici istifadə etməlisiniz?

Saç düzləşdiricinizi saçlarınıza uyğun seçməlisiniz.

Seramik döşəməli ağızlar: Əgər saçlarınız tez-tez qırılırsa, bunun qarşısını almağın ən təsirli yolu keramika əsaslı düzləşdirici istifadə etməkdir.

Titan döşəməli ağızlar: Seramik döşəmə ilə müqayisə etsək, daha tez qızdırır və istiliyi daha tez yayır. Bu düzləşdiricidən istifadə edərkən bir məqama mütləq diqqət yetirin: uzun müddət saçda saxlanmamalıdır.

Turmalin döşəməli ağızlar: Saçları daha parlaq və düz edir, daha az elektriklənmə yaradır.

2) Düzləşdirici fenlərin ölçüləri də çox əhəmiyyətlidir. Bu cür fenlərdə 5 ölçü var.

19 mm: Nazik saçlar

22 mm: Qalın telli qısa saçlar

25 mm: Orta qalınlıqda və çiyin xəttində

28 mm: Buruq saçlar üçün

32 mm: Uzun və qalın saçlar

3) Nə qədər gözəl və keyfiyyətli saç düzləşdiricidən istifadə etsəniz də, saçlarınızı düzləşdirməzdən əvvəl mütləq qoruyucu-qulluq kremi istifadə etməlisiniz.

4) İstiliyi yaxşı seçin. Əsla 185 santiqratı keçməyin.








BANDITKA от 4 iyul 2016 17:10
maraqli xeberdi tewekkurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ