Yağlı saçlar digər saçlara nisbətən təmizlənmə və qulluq baxımından ən çətin saçlardır. Yəqin ki, siz də yağlı saçlardan əziyyət çəkirsiniz. Buna görə də, bu yazı məhz sizlikdir. Çünki yağlı saçlar haqqında düz bildiyiniz səhvlər var. Bu yazı ilə siz saçlarınıza düzgün qulluq etməyin yollarını və saçınıza uyğun şampunu seçə biləcəksiniz.
Tez-tez yağlanan saç və saç dərisinin iki səbəbi var:
– Hər bir saç telinin dibində olan yağ hüceyrələri həddən artıq yağ ifraz edir.
– Saç lazım olan müddətdə yuyulmur və saç dərisi yağdan, kirdən tam olaraq təmizlənmir.
Səbəb nə olursa olsun yağlı saç dərisini nəzarətdə saxlamağın ən yaxşı və asan yolu saçları günlük yumaq rutininə diqqət etməkdir. Amma bəzən bizdə belə bir düşüncə olur ki, hər gün yuyulan saçlar tez yağlanır, yağ hüceyrələri daha yaxşı qidalanır və çox yağ ifraz etməyə başlayır. Əslində bu fikir səhvdir.
Saçları hər gün yumaq düzgündürmü?
Saçı gündəlik yumaq yağ hüceyrələrinin daha çox ifraz olunmasına səbəb olmaz. Əksinə saç yağlıdırsa onu hər gün yumaq baş dərisindən yağları tamamilə təmizləyir və saç öz əvvəlki sağlamlığına qovuşur. Tez-tez yuyulmayan yağlı dərilərdə qaşınma, həssaslıq çox olur. Bu isə öz növbəsində sizin qarşınıza başqa problemlər çıxardır. Saç dərisində olan yağların tərkibində xüsusi qidalandırıcı vasitələr yoxdur. Dəridə olan yağ baş dərisinin sağlamlığını qorumaq və nəmi özündə saxlamaq məqsədlidir. Saç yuyulduqdan sonra 3-7 saat ərzində saç dərsində yenidən dəri sağlamlığı üçün lazım olan miqdarda yağ ifrazı baş verir.
Hansı şampunlardan istifadə etməlisiniz?
Yaş və hormonlarınızın fəaliyyəti ilə bağlı olaraq yağlanmanın daha çox olduğu zamanlar ola bilir. Misal üçün yeniyetməlik dövründə hormonların təsirilə dəridə və saçlarda yağların miqdarı artır. Əslində yağlanmanın qarşısını alan şampun yoxdur. Amma yağları yaxşı təmizləmə xüsusiyyətinə malik olan şampunlar var. Krem və həcm verən xüsusiyyətə malik olan şampunlar yağlı saçlar üçün uyğun deyil. Şampun seçərkən diqqət edin ki, pH dərəcəsi dərinizə uyğun olmalıdır. Bundan əlavə, həftədə bir dəfə kəpəyə qarşı olan şampun istifadə edə bilərsiniz. Çünki belə şampunlar da, yağlanmanın miqdarını azaldır.
Yağ təmizləmə xüsusiyyəti yaxşı olan şampunlar sizin üçün doğru seçimdir. Yağlı saçlarınızla mübarizə aparmaq üçün sizə Kay Pro seriyasından olan Balance şampununu məsləhət görürük. Yağlı dəri və saçlar üçün olan bu şampun ağcaqayın, limnantes ekstraktı ilə saç dərisini effektli təmizləyir, saç dərisinin yağlanmasını tənzimləyir, dərini delikat büzərək və sakitləşdirərək balanslaşdırır. Şampundan istifadə edərkən onu nəm saçlarınıza vuraraq saç diblərinə masaj vasitəsilə yeritməlisiniz. Sonra isə çalışın saçlarınızı ilıq su ilə yuyun. Bu şampundan yaxşı nəticə əldə etmək istəsəniz Kay Pro Balance-ın yağlı saçlar üçün olan bütün məhsullarını etaplı şəkildə istifadə etməlisiniz. Balance-ın yağlı saçlar üçün olan digər məhsulları ilə tanış olmaq üçün KeproShop-a baş çəkə bilərsiniz.
Yağlı saçlara qulluq üçün 3 ipucu:
1. Yağlı saçlar üçün ən yaxşı baxım alma sirkəsidir. Saçlarınızı yaxşı yuduqdan sonra bir çay stəkanı qədər alma sirkəsini bir qabda su ilə qarışdırın, saçlarınızı bu sirkəli su ilə yaxalayın. Nəticədə saçlarınız daha parlaq və az yağlanan olacaq.
2. İkinci yaxşı təsirli məsləhət isə limonla saçları yaxalamaqdır. Bunun üçün bir ədəd limonun sürtgəcdən keçirilmiş qabığı və bir çay qaşığı incə doğranmış cökə ağacının yarpaqları (ihlamur) yarım litr suda 10 dəqiqə qaynadılır. Dəm aldıqdan sonra süzülür. 8 limon suyu ilə birlikdə hamısı bir şüşə qaba əlavə edilir, çalxalanır, 2 gün saxlanılır. Saçlar yuyulduqdan sonra 1 lirt suya şüşədə olan məhlulun 1/8 hissəsi əlavə edilir və saçlar bu qarışımla yaxalanır.
3. Saç dərinizi zədələyəcək hər bir şeydən qaçın. Saçlarınızda feni az istifadə edin. Ən yaxşısı qoyun özü-özünə qurusun. Sadəcə ilıq su ilə yuyun və çox daramayın.