Əvvəllər mümkün qədər nazik alınmış qaşlar dəbdə idi. İndi isə gözəllik standartı dəyişib, qalın qaşlar dəbə minib. Qaşları qalın olan xanımların bu baxımdan bəxtinin gətirdiyini deyə bilərik. Nazik qaşlı xanımlar isə makiyaj və qaş qələmi ilə özünü yeni dəbə uyğunlaşdırmağa çalışır. Lakin bunun da bəzi problemləri çıxır. Məsələn, qaşları hər gün makiyajla qalınlaşdırmaq vaxt aparır. Üstəlik, qələmin yayılması və paltara ləkə salması istisna deyil. Yaxşı ki, qaşları qalınlaşdırmaq üçün daha səmərəli və ucuz vasitələr var.
Qaşları qalınlaşdıran soğan maskasının reseptini təqdim edirik.
Hər şeydən əvvəl yadda saxlayın ki, bu sadə proseduru hər gün etmək lazımdır! Bunun üçün qaşları soğan suyu ilə masaj etmək tələb olunur. Soğan tük soğanağına yaxşı təsir göstərən effektli vasitədir. Soğan suyu həm tük köklərini möhkləmləndirir, həm də tökülmüş tükləri bərpa edir. Çoxları soğandan xoşagəlməz qoxu gəldiyini deyəcək. Amma unutmayın ki, gözəllik qurban tələb edir, ən əsası bir həftə sonra nəticə artıq göz önündə olacaq