Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qadın sağlamlığını və gözəlliyini qoruyan qidalar

Qadın sağlamlığını və gözəlliyini qoruyan qidalar

Qadın sağlamlığını və gözəlliyini qoruyan qidalar



Qadının sağlamlığı və gözəlliyi onun orqanizmində olan qadın hormonlarının səviyyəsindən asılıdır.

Estrogenlər adlandırılan bu hormonların qadının ürək-damar, cinsiyyət sistemlərinin, sümüklərinin sağlamlığında böyük rol oynayır. Estrogenlərlər həmçinin qadının dərisinin cavanlığını, elastikliyini və nəmliyini təmin edir.

Müəyyən yaşda qadın orqanizmində estrogenlərin ifrazı azalır. Bu fizioloji prosesdir və orqanizmin ümumi qocalması ilə bağlıdır. Bu qadının dərisinin qocalmasına, sallanmasına, solmasına, ürək-damar sistemində pozulmaların inkişafına, sümük toxumasının azalmasına səbəb olur.
Bu prosesi dayandırmaq mümkün olmasa da müəyyən tətbirlərin köməyi ilə ləngitmək mümkündür.
Bu tətbirlərdən biri düzgün qidalanmadır.
Alimlər bəzi bitkilərin tərkibində orqanizmə estrogenə oxşar təsir edən maddələri aşkar ediblər. Bu maddələri "fitoestrogenlər" adlandırırlar. Sübut olunub ki, fitoestrogenlər orqanizmdə estrogenlərin azalması zamanı qadın orqanizminə çox müsbət təsir edir - qadının sağlamlığını və gözəlliyini qorumağa kömək edir. Əczaçılar fitoestrogenlərin bu xüsusiyyətlərinə əsaslanaraq bitkilər əsasında klimaksın mənfi təsirini azaldan dərmanlar hazırlayırlar.
Bəzi alimlərin fikirinə görə, fitoestrogenlər qadınlarda süd vəzi xərçənginin riskini azaldır.

Fitoestrogenlərlə zəngin olan məhsullar və bitkilərin arasında:
- Paxlalılar. Xüsusilə soya və həmçinin lobya, noxud, mərci.
- Tərəvəzlər: kök, kələmin bütün növləri, qulançar.
- Meyvələr: alma, nar, qırmızı üzüm.
- Cücərdilmiş duğda, arpa, noxud (cücərtilər yeyilir), küncüt.
- Bəzi bitkilər: yonca, mayaotu, kətan toxumu, bibəriyə.
- Zeytun, soya, kətan, küncüt yağları.

Estrogenlərin çatışmazlığı, hormonal pozulmaları zamanı sadaladığımız məhsulları və bitkiləri daha tez-tez qidalanmanıza daxil edin.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ