Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ballı dodaqlar...

Ballı dodaqlar...

Ballı dodaqlar...


Dodaqlar rəngarəng dodaq boyaları ilə bir qadının ən gözəl bəzəyidir. Lakin dodaqlarınız nəmsiz, quru ya da çatladığı üçün qabıq bağlayırsa, dərd etməyin. Çünki bu bal maskası sayəsində öpüləsi dodaqlarınız olacaq.

Bizlər üçün bu qədər qiymətli olan dodaqlar təəssüf ki, havaların mənfi təsiri, bədəndəki ani qızdırma ya da maye itkisi üzündən nəmini itirərək quruyur, bu səbəbdən dodaqlarda çatlar yaranır. Əgər dodaqlarınızda çatlar varsa və heç cür bu çatlaqlara çarə tapa bilmirsinizsə, sizlərə evinizin şəraitində, 2 dəqiqədə hazırlanan maskanı təqdim edirik:

Vasitələr:

1 yemək qaşığı bal
1,5 yemək qaşığı süd
1 çay qaşığı zeytun yağı

Hazırlanması

Süd, bal və zeytun yağını qatı hala gələnə qədər qarışdırın. Qarışığı dodaq xəttinizə diqqət edərək kafi miqdarda sürtün. Təxminən 10 dəqiqə gözlədin. Daha sonra ilıq suyla ya südlə nazik hərəkətlərlə dodaqlarınızdan çıxarın. Həftədə 3 dəfə tətbiq edin.








Xanimcik от 7 iyun 2016 19:46
tewekurler xebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ