Kanadanın Albert Universitetinin mütəxəssisləri hesab edirlər ki, hətta nadir halda belə siqaret çəkən qadınlar daha erkən ölür.
Onların hesablamalarına əsasən, qadının siqaret çəkməyə davam etdiyi hər 5 ildə ölüm təhlükəsi 8 faiz artmış olur. Alimlər ABŞ-da 1976-cı ildən aparılan 30-55 yaş arası yüz min qadının iştirak etdiyi böyük milli tədqiqatın nəticələrini təhlil ediblər. Müəyyən edilib ki, hətta gün ərzində 1-14 arası siqaret çəkən qadınlarda ani ürək dayanması ilə əlaqədar erkən ölüm riski kifayət qədər artıqdır.
Yanan siqaretin ucundakı istilik 900 selsi dərəcə, ağızdakı istilik isə 30 dərəcəyə bərabərdir. Bu istiliklər səbəbiylə tütün yarpağında olan maddələr dəyişimə uğrayır və yeni kimyəvi maddə yaranır. Bir nəfəs siqaret tüstüsündə 300 milyon dənəcik olduğu müəyyən edilib.
Gündə bir paket siqaret çəkən insanın minlərlə dəfə içə çəkmə hərəkəti etdiyini nəzərə alsaq, orqanizmə daxil olan zərərli kimyəvi maddələrin miqdarını asanlıqla anlamaq olar. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfi qədər asılılıq yarada bilir. Nikotin qanda oksigen daşınmasına mane olan və ölümə yol açan maddədir.