Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Abort zamanı spiral qoydurmaq olarmı? – Ginekoloqdan açıqlama

Abort zamanı spiral qoydurmaq olarmı? – Ginekoloqdan açıqlama

Bir çox ginekoloqlar abort edərkən, qadınlara “gəlmişkən, spiral da qoyaq, məsələ bitsin” deyə təklif edir. Və qadınlar bunu həkim dediyi üçün razılaşır.

“Medicina” xəbər verir ki, cərrah mama - ginekoloq Natavan Nəbiyeva abort zamanı spiral qoydurmaq qətiyyən yolverilməz olduğunu deyib.

Doğrudur, həmin vaxt spiral qoymaq daha asandır. Amma həkim bunu etməyi qətiyyən məsləhət görmür.
Abort sonrası uşaqlıq içərisində böyük bir yara əmələ gəlir. Qan damarları açıq olur. Uşaqlıq səthinin sağalmasına ehtiyac var.

Əgər abort sonrası dərhal spiral yerlədirilirsə, uşaqlığın iç qışasının sağalmasına mane olur.

Uzun müddətli spiral qoyulduqdan sonra sarı rəngdə axıntılar,ağrılar da olur, uşaqlıq içərisində yapışıqlıqlar əmələ gəlir. Həmin bu yapışıq gələcəkdə spiralı çıxardıqdan sonra dünyaya uşaq gətirməkdə problem yaradır.

Digər səbəblərin də olduğunu qeyd edən ginekoloq bildirdi ki, abortdan dərhal sonra spiral qoymağın qəti əleyhinədir.

Günay








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ