Payıza xas olan tərəvəzlərdən biri də balqabaqdır. Zəngin vitamin və mineral tərkibinə malik olan bu tərəvəz sağlamlığımız üçün çox faydalıdır. Soyuq payız günlərində orqanizmin düşmüş immunitetini gücləndirməyə və bədəni qızdırmağa kömək edəcək. Çox asandır.
Lazım olan ərzaqlar:✅
bitki yağı
1 ədəd kök
500 qr balqabaq
1 ədəd soğan
100 ml qaymaq su
Hazirlanmasi✅
Balqabağı təmizləyib doğrayın. Bitki yağında soğanı xırda doğrayıb qızardın. Üzərinə doğranmış kök və balqabağı da əlavə edib 10 dəqiqə bişirin.
Tərəvəzlərin üzərinı çıxana qədər qaynar su əlavə edin, duz, istiot vurub 20 dəqiqə bişirin. Sonra blenderlə tərəvəzləri eynicinsli hala gələnə qədər xırdalayın və qaymaq əlavə edib qarışdırıb altını söndürün. Süfrəyə verərkən üzərinə xırda doğranmış cəfəri səpə bilərsiniz.