Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Umac halvasının hazırlanması - RESEPT

Umac halvasının hazırlanması - RESEPT

Lunar.az xəbər verir ki, halvanın müxtəlif növləri var. Onlardan biri də umac halvasıdır. Resepti təqdim edirik.

Lazım olan ərzaqlar:

1 kq un
1 çimdik duz

1 kq kərə yağı
Su
Şərbət üçün:

1 l su
800 q şəkər tozu
1 x/q sarıkök

Zövqə görə, darçın

Hazırlanmasına gəldikdə şərbəti bişirmək üçün 1 l suya 800 q şəkər tozu və 1 x/q sarıkök töküb qaynadın. Unun üzərinə su səpib əlinizlə ovxalayın, umac hazırlayın. Sonra onu sürtgəcin xırda gözündən keçirin. Ələyib ununu çıxarın, quru dəsmalın üzərinə sərib qurudun.
1 kq kərə yağını əridin, umacı qaynar yağın içərisinə töküb taxta qaşıqla tez-tez qarışdırın. Umac sarı-qızılı rəngə çalanda üzərinə qaynar şərbət tökün. Qarışdırıb altını söndürün. Bişən halvanı həm boşqaba yayıb üzünü naxışlaya, həmçinin paxlava kimi doğraya bilərsiniz.
//metbuat.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ