Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ketçupu özünüz evdə hazırlayın - RESEPT

Ketçupu özünüz evdə hazırlayın - RESEPT

Qızartmalarda, makaron, spagetti və başqa yeməklərin yanında ketçupun öz ləzzəti var. Amma nə qədər ləzzətli olsa da, ziyanl; olduğunu da bilirik. Bəs ketçupu evdə təbii üsullarla hazırlamaq fikrinə necə baxırsınız? Lunar.az evdə ketçup hazırlamağın qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

2 baş soğan

2 diş sarımsaq

2 şorba qaşığı zeytun yağı

4 ədəd pomidor

Yarım şorba qaşığı bibər tomatı

3 şorba qaşığı sirkə

1 yemək qaşığı şəkər tozu

Dilədiyiniz miqdarda dəniz duzu

Hazırlanma qaydası:


Əvvəlcə soğan və sarımsaqları soyun və blendrdan keçirin. Daha sonra soğan və sarımsağın üzərinə bir şorba qaşığı şəkər tozu töküb qazanda rəngi tündləşənə qədər pörtlədin. Pomidorların qabıqlarını soyduqdan sonra doğrayıb robotdan keçirin. Qazana əlavə edib tomatı da tökün və qarışdıraraq qovurun. Sirkə, zeytun yağı və duzu da əlavə edərək, 40 dəqiqə bişirin. Qarışım soyuduqdan sonra şüşə qablara yığıb istifadə edə bilərsiniz.



Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ