Mətbəxdə xörək bişirməyi və gözəl süfrə açmağı hər bir qadın istəyir. Lunar.az-ın verəcəyi bibərli toyuq dolması ilə süfrəniz mükəmməl olacaq.
Lazım olanlar:
Yarım kilo badımcan Yarım kilo qırmızı bibər 6 dilim toyuq sinəsi
İstiot
Bir paket qaymaq
Bir az kəklikotu
Hazırlanması:
Badımcan və bibərləri közləyin. Toyuq ətini duz və istiotla ovalayın. Daha sonra onları közlənmiş bibərlərin içinə sarıyın və ağac çöplərlə bərkidin. Hazırladığınız toyuqları soba qabına düzüb üzərinə qaymağı tökün. 180 dərəcəlik sobada 30 dəqiqə bişirin.