Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Toy günü oğlan evinə göndərilən Gəncə şirniyyatı - RESEPT

Toy günü oğlan evinə göndərilən Gəncə şirniyyatı - RESEPT

Azərbaycan milli mətbəxi çox zəngindir. Hər bölgəsinin özünə məxsus kulinariyası var. Lunar.az bu dəfə sizə Gəncənin ən məşhur şirniyyatı olan naziyin reseptini verir. Qeyd edək ki, nazik adətən bayram günlərində bişirilən yağlı şirin çörəkdir. Gəncədə gəlin köçən qızlar üçün bişirilir. Qız gəlin gedən günü nazik xonçası oğlangilə göndərilir. Ona görə də toy nazikləri xüsusi diqqət və ustalıqla bişirilir.



Lazım olanlar:



1 litr süd

1 çimdik sarıkök

1 çay qaşığı gülab

1 çay qaşığı əzilmiş keşniş toxumu

1 çay qaşığı maya

4 stəkan şəkər tozu

0.5 kq yağ

3 yumurta

Əlavə 2 yumurta

0,5 stəkan su

2,5 kq un



Hazırlanması:



Südə sarı kök, əzilmiş keşniş toxumu, bir qədər də gülab tökülür. Şəkər tozu yağda həll edilir. Ona yumurtanı və əlavə 2 yumurtanın ağını vurub sarısını üzərinə çəkmək üçün saxlayırlar. Mayanı ilıq suda həll edib, una tökərək xəmir yoğurulur. Xəmir acımaq üçün isti yerə qoyulur. Xəmir acıyanda bir də yoğurub acımağa qoyulur. Beləliklə, xəmir 2 dəfə yoğurulur və 2-ci dəfə kündələnir, üstü naxışlanır. Yumurta sarısına bir az su və sarı rəng qatıb naziyin üstünə çəkib təndirdə, yaxud da elektrik sobasında bişirilir.



Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ