Deyirlər ki, insan xörək hazırlayarkən ona sevgisini qatanda daha da ləzzətli olur. Xüsusilə də sevdiyi şəxs üçün bunu etdikdə. Lunar.az sizə məxsusi olaraq sevgililər günü süfrəniz üçün bananlı sevgi tortunun reseptini verir.
Lazım olanlar
3 ədəd yumurta 1 stəkan süd 1 stəkan duru yağ 1 stəkan şəkər tozu 1 stəkan yarım un Yarım stəkan buğda nişastası 1 paket vanil 1 paket qabartma tozu 2 xörək qaşığı kakao 3 ədəd banan
Pudinqi üçün:
2 stəkan süd 2 xörək qaşığı qarğıdalı nişastası
Yarım stəkan şəkər tozu
Krem şanti üçün:
1 stəkan yarım süd 1 paket krem şanti
Hazırlanması:
Yumurtalar dərin bir qabın içərisində ağ köpük olana qədər çırpılır. Daha sonra şəkər tozu əlavə edilir və əriyənə qədər çırpmağa davam edilir. Vanil, süd və duru yağ da tökülüb çırpıldıqdan sonra, qalan quru vasitələr də ələnərək əlavə edilib qaşıqla qarışdırılır. Hazırlanan keks xəmiri, yuvarlaq keks qəlibinə boşaldılır və öncədən qızdırılan 180 dərəcəlik sobada 15 dəqiqə bişirilir.
Pudinqi üçün süd, nişasta və şəkər tozu qazana tökülüb qarışdırılaraq krem halına gələnə qədər bişirilir.
Krem şanti hazırlanır və marmelad da soyuduqdan sonra içərisinə tökülüb yaxşıca qarışdırılır. Keks soyuduqdan sonra ürək formasında kəsilir, ortası hovuz kimi oyulub açılır və içinə doğranmış bananlar yerləşdirilir. Bananların üzərinə, hazırlanan krem tamamilə boşaldılır. Qalan keks parçaları xırda doğranılır və tortun üzərinə səpilir.