Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Nar mürəbbəsinin asan HAZIRLANMA QAYDASI

Nar mürəbbəsinin asan HAZIRLANMA QAYDASI

Faydaları saymaqla bitməyən narın mürəbbəsini yemisiniz? Lunar.az sizə nar mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:

6 ədəd orta boy nar
1 kilo şəkər tozu
1 limonun suyu

Hazırlanması:

Dənələdiyiniz narı ləyənə yığıb üzərinə şəkər əlavə edin. Səhərə qədər saxladıqdan sonra ocağın üzərinə qoyub qaynadın. Qaynara düşəndə limon suyu əlavə edib, 15 dəqiqə qaynatdıqdan sonra altını söndürün. Soyumadan balonlara yığıb qapağını möhkəm bağlayın. Artıq nar mürəbbəniz hazırdır.


Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ