Dietoloqlar xəbərdarlıq edir ki, qış mövsümündə bir öyün də olsa, mütləq şorba yeməliyik.
Lunar.az qış aylarında şorba içməyin 5 səbəbini təqdim edir.
- Mədə divarının gərilməsinin qarşısını alır.
- Yeməyə şorba ilə başlamaq iştahanızı kəsəcək və bunun sayəsində artıq kilo almayacaqsınız.
- İçinizi isidəcək bir qida olduğu kimi, ruhi anlamda da özünüzü xoşbəxt hiss edəcəksiniz.
- Evdar xanımlara daha tez bir şəkildə yemək hazırlamaq imkanı yaradır.
- Yay aylarına nisbətən daha az içdiyimiz maye istehlakını şorba sayəsində bərpa etmiş oluruq.