Göbələyi çoxumuz sevirik, xüsusilə də salatlarda istifadə etməyi xoşlayırıq.
Lunar.az sizə fərqli dadda göbələk yeməyi reseptini təqdim edir.
Ərzaqlar: 1 kq quzu əti
250 qr göbələk
250 qr soğan
5-6 ədəd acı bibər
2 ədəd pomidor
1 ədəd kök
4 diş sarımsaq
1 yemək qaşığı yağ
Duz
İstiot
Bir çimdik kəklikotu
Hazırlanması: Bir tavaya yağı qoyub əridin. Quşbaşı doğranmış əti əlavə edərək, ətlər suyunu çəkənə qədər qovurun. Doğranmış soğan və kökü də əlavə edərək, qovurmağa davam edin. Daha sonra göbələkləri dörd yerə bölərək içinə qatın. İri halqa şəklində doğranmış acı bibərləri əlavə edib, göbələklər suyunu çəkənə qədər qovurun. Pomidorları doğrayıb, duz, istiot və kəklikotu əlavə edərək tavaya tökün. 3-4 dəqiqə daha qovurub, üzərinə azacıq çıxana qədər su tökün. Aşağı temperaturda ət və tərəvəzlər yumşalana qədər bişirin.
Nuş olsun!