İnsan sağlamlığı üçün ən faydalı qidalardan biri də kərə yağıdır. Amma əlbəttə, təmiz kərə yağı. Təəssüf ki, satışda təbii olmayan kərə yağları da var. Bəs təbii kərə yağını saxtasından necə ayırmaq olar?
Lunar.az bununla bağlı sizə məlumat verir.
Kərə yağının təbii olduğunu bilmək üçün onu otaq temperaturunda yoxlamaq lazımdır. Çünki kərə yağı otaq temperaturunda dərhal əriyir.
Təbii kərə yağının rənginin sapsarı olması fikri isə tamamilə yanlışdır. Kənd şəraitində hazırlanıbsa, bu fikrinizdə haqlısınız, amma marketdə satılan sapsarı kərə yağının içində bol miqdarda qatqı maddəsi ola bilər. Buna görə rəngi işıqda ağa çevrilən və çox açıq rəngli olmayan kərə yağını alın.
Keyfiyyətli kərə yağını qoxladıqda paketin üstündən də onun qoxusunu hiss edə bilərsiniz. Paketi qoxladıqda heç bir iy gəlmirsə, kərə yağı saxta ola bilər.
Eyni zamanda bişərkən yaydığı iştah açıcı qoxu kərə yağının təbii olduğunu deməyə əsas verir.