Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Turşularınızı belə hazırlayın ki, ZƏHƏRLƏNMƏ VERMƏSİN

Turşularınızı belə hazırlayın ki, ZƏHƏRLƏNMƏ VERMƏSİN

Hazırda mətbəxlərdə qış tədarükü ilə bağlı hazırlıqlar davam edir. Bu hazırlığın ən başında isə təbii ki, konservləşdirilmiş turşular durur. Amma bu turşuları da hazırlamağın öz qaydaları var. Bu qaydalara əməl etmədikdə, konservləşdirilmiş turşular özümüzün və ailəmizin təhlükə mənbəyinə çevrilə bilərlər. Təsadüfi deyil ki, vaxtaşırı olaraq evdə hazırlanan bu kimi məhsullardan zəhərlənərək həyatını itirənlər kifayət qədər olur. Ən acınacaqlısı isə odur ki, bəzi hallarda ailənin bütün üzvləri zəhərlənir və onlardan bir neçəsi dünyasını dəyişir. Bəs evdə konserv turşularını necə hazırlamaq lazımdır?
Lunar.az evdə konservləşdirilmiş turşu hazırlayarkən diqqət etməli olduğunuz məqamlar barədə sizə məlumat verir.

Balon seçimi

Konserv hazırlanmasında balonların böyük əhəmiyyəti var. Konserv hazırlayarkən şüşə balonlardan istifadə edin. Onları qaynadacağınız üçün istiyə davamlı olanları seçin. Həmçinin diqqət etmək lazımdır ki, hər hansı çatı olmasın. Çünki hava sızması nəticəsində içindəki tərəvəz, ya da meyvələr xarab ola bilər.

Balon və balon qapaqlarının təmizliyi


Evdə konserv hazırlayarkən yeni qapaqlardan istifadə edin. Həmçinin balonlar və qapaqlar 15-20 dəqiqə qaynadılmalıdır. Əks halda balonda yaranan bakteriyalar səhhətinizə zərər verə bilər. Xüsusilə Clostridium botulinum adı verilən bakteriya konservlərdə yaranan ən təhlükəli bakteriyadır. Bu bakteriyaların çoxalması zamanı qapaqlarda şişmə yaranır. Buna görə evdə hazırladığınız konservləri istifadə etməzdən əvvəl onun qapağını yoxlayın. Şişmə varsa, qətiyyən istifadə etməyin. Bu tip konservi yeyəcəyiniz təqdirdə qida zəhərlənməsi qaçılmaz olar.

İstifadə edilən məhsul

Konserv hazırlamaq üçün istifadə edilən məhsullar çox əhəmiyyətlidir. Məhsul növünə görə əvvəlcədən qaynadılmalıdır. Məsələn, ispanaq, lobya kimi məhsulları əvvəlcədən qaynatmağınız vacibdir. Çünki bu tərəvəzlər qaynadıqda mikroorqanizm sayı azalır. Yaşıl tərəvəzlər qaynadıldıqda həcmləri kiçilir və balona yığmaq asan olur.

Balona yığma

Hazırlamaq istədiyiniz konserv məhsulunuzu balonunuza diqqətli yerləşdirin.Çünki diqqətsiz yerləşdirmə konservinizin saxlama müddətini azalda bilər. Konservlərinizin müddətini artırmaq məqsədi ilə balona əlavə ediləcək su və digər əlavələr üçün bir az boşluq buraxmağı unutmayın.

Konservlərinizi yoxlayın

Konservlərinizi hazırladıqdan sonra içəri çöküb vakkumlanan qapaqları 1-2 gün sonra açmağı yoxlayın. Qapaqları açmaqda çətinlik çəkirsinizsə konservlərinizdə heç bir problem yoxdur. Əgər qapaq asan şəkildə açıldısa, məhsulu təkrar qaynadıb konserv hazırlamayın. Soyuducuya qoyub bir-iki gün ərzində istifadə edin.

Konserv müddəti

Konserv hazırlayarkən tələsməyin. Lazım olanları hazırlayın, diqqətlə balona yerləşdirin. Balonunuza soyuma və dincəlmə zamanı verin. Erkən açdığınız halda dadı pozula bilər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ