Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Pomidorlu bibər turşusunun - RESEPTİ

Pomidorlu bibər turşusunun - RESEPTİ

Qış yaxınlaşdıqca xanımlar fərqli və ləzzətli turşu reseptləri axtarırlar. Lunar.az belə xanımlar üçün pomidorlu bibər turşusunun reseptini təqdim edir.

Lazım olan ərzaqlar:

4 kilo pomidor
Yarım kilo acı bibər
5 xörək qaşığı daş duz
1 stəkan sirkə
Yarım stəkan duru yağ
5 diş sarımsaq


Hazırlanması:

Əvvəlcə pomidorların qabıqlarını soyun və daha sonra rəndələyin. Bibərləri də kiçik olmayacaq şəkildə doğrayın. İstifadə edəcəyiniz sarımsaqları isti suyun içərisində 40 dəqiqə saxlayın. Daha sonra yumşalmış sarımsaqlarınızı ortadan ikiyə bölün və bir kənarda saxlayın. Hazırladığınız bütün ərzaqları böyük bir ləyənin içərisinə tökün. Üzərinə duzu, sirkəni, sarımsağı və yağı əlavə edin. Yaxşıca qarışdırın. Hazırladığınız qarışımları balonların içərisinə yerləşdirin. Daha sonra soyuducuya, ya da sərin bir yerə qoyun. 1 həftədən sonra pomidorlu bibər turşunuz yeyilməyə hazır olacaq.

Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ