Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Alma salatı resepti

Alma salatı resepti

Tərkibi:

2 yaşıl alma
1 yerkökü
1 dəstə kahı
3-4 qoz
50 q boranı, yaxud günəbaxan tumu
0,5 limonun şirəsi
1 x.q. zeytun yağı
1 ç.q. balzamik sirkə
1 ç.q. alma sirkəsi
keşniş
duz
qara istiot

Hazırlanması:

Sürtgəcin iri gözündən alma ilə yerkökünü keçirin, üzərinə limon şirəsi sıxıb qarışdırın.
Qozu quru tavada azca qovurub, həvəngdəstədə əzin.
Sous: zeytun yağı, balzamik və alma sirkələrini qarışdırın.
Kahını doğrayın, alma, yerkökü, qozla qarışdırın, duz-istiot vurun, sous qatıb qarışdırın.
Qaba yığıb boranı tumu və doğranmış keşniş səpin.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ