Hər kəsin sevərək yediyi salatlardan biri də nar salatıdır.
Lunar.az salatın hazırlanma qaydasını təqdim edir.
Lazım olan ərzaqlar:
300 qr toyuq filesi
150 qr soğan
300 qr kartof
300 qr çuğundur
50 qr qoz
1 ədəd böyük nar
Qoz, duz, mayonez
Hazırlanmasına gəldikdə isə, ərzaqları ayrı-ayrı qabda qaynadın. Daha sonra soğanı və toyuq ətini xırda-xırda doğrayıb duz vurun və azca yağda qovurun.
Qozu doğrayıb çuğunduru və kartofu sürtgəcin xırda gözündən keçirin.
Salatı servis edəcəyiniz qabın ortasına stəkan qoyun və öncə kartof əlavə edin, daha sonra mayonez vurun. Toyuq əti döşəyib yenidən mayonez çəkin. Ən yuxarıdan qozlu çuğunduru əlavə edin, mayonez vurun. Stəkanı çıxarın və nar dənələri ilə salatı bəzəyin. Nuş olsun!