Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kababı bu dəfə yuxa ilə hazırlayın – RESEPT

Kababı bu dəfə yuxa ilə hazırlayın – RESEPT

Mətbəxdə fərqli ləzzətllər hazırlamaq istəyənlər daim yeni axtarışlar edirlər.
Alışıq olduğumuz yeməkləri fərqli formalarda və dadlarda bişirmək istəyirlər. Lunar.az da bu dəfə sizə fərqli bir yeməyin bişirilmə qaydasını təqdim edir.

Yuxa kababı üçün lazım olanlar:


400 qr yağlı qıyma

1 ədəd yuxa

1 çay qaşığı bibər tomatı

5 diş sarımsaq

1 ədədə soğan

2 kasa qatıq (servis üçün)

1 çay qaşığı istiot

1 çay qaşığı duz


Sousu üçün:

3 xörək qaşığı kərə yağı

1 yemək qaşığı pomidor tomatı

2 xörək qaşığı duru yağ


Hazırlanması:

Qıymanı geniş bir qaba qoyub, üzərinə rəndələnmiş soğan və sarımsaq əlavə edin. Tomat və istiot duzu da töküb yaxşıca qqarışdırın. Yuxanı stola sərib iki yerə bölün.
Qarışdırdığınız qıymanı yuxanın geniş kənarına qoyun. Sonra yuxanı rulet şəklində bükün. Eyni prosesi digər yuxaya da tətbiq edin. Yuxaları əvvəlcədən qızdırılmış 200 dərəcəlik ocaqda üzəri qızarıncaya qədər bişirin. Qıymalı yuxalar bişərkən bir yandan sousunu hazırlamaq üçün kərə yağını tavada əridin. Əriyən kərə yağına duru yağı və tomatı əlavə edin. (Sous qatı olarsa az miqdarda su əlavə edə bilərsiniz). Qızaran yuxaları ocaqdan çıxarıb servis boşqabına qoyun. Üzərinə bişən tomatlı sousu gəzdirin. Yanına qatıq qoyaraq isti-isti servis edin.

Nuş olsun








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ