Xəmir xörəkləri yemək üçün havanın soyumasını gözləyənlər, tam vaxtdır.
Lunar.az bu dəfə gürcü xəngəlinin hazırlanma qaydasını təqdim edir.
Tərkibi:Xəmir üçün
3 stəkan un
1 stəkan su
1ədəd yumurta
Duz
İçlik üçün
250 qram qoyun əti
200 qram mal əti
3 baş soğan
Qırmızı və qara istiot
Su, duz
Hazırlanmasına gəldikdə isə, ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulur. Yarım saat xəmir kənarda saxlanılır.
İçlik üçün ət soğanla birlikdə maşından keçirilir, üzərinə su əlavə edilərək bişirilir. Duz və istiot vurulur.
Xəmir kiçik hissələrə ayrılır, kündələnir. Hər kündə yayılaraq içinə qiymə qoyulur.
Xəmirin kənarı bükülür.
Hazır xəngəllər ağzı qapalı qazanda əvvəlcədən qaynadılmış duzlu suda 11-15 dəqiqə bişirilir.
Nuş Olsun!