Evdə fərqli və dadlı yemək hazırlamaq bir çox xanımların xoşuna gəlir. Lunar.az sizə süfrələrinizə gözəl görünüş verəcək dadlı kartof salatının reseptini təqdim edir.
Lazım olanlar:
10 ədəd qaynadılmış kartof 1 stəkan yarım sarımsaqlı qatıq Yarım stəkan mayonez Yarım boşqab qırmızı kələm Yarım boşqab kök 1 dəstə cəfəri 1 dəstə şüyüd Duz İstiot
Hazırlanması:
Qaynadılmış kartoflar yaxşıca əzildikdən sonra qatıq və mayonezle qarışdırılır. Duz və istiot əlavə edilir. Hazirlanan qarışımı üç hissəyə bölün. Ayrı-ayrı qırmızı kələmi, kökü, cəfərini və şüyüdü doğrayın. Doğradığınız qırmızı kələmi ayırdığınız bir hissə qarışımla qarışdırın və dərin bir kasanın içərisinə qoyun. İkinci hissəni köklə qarışdırıb qırmızı kələmin üzərinə, üçüncü hissəni də doğranmış göyərti ilə qarışdırıb, kökün üzərinə yayın. Soyuducuda bir az saxladıqdan sonra düz bir qaba tərs çevirərək servis edin.