Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Pendir souslu yaz salatı resepti

Pendir souslu yaz salatı resepti

Tərkibi:
75 qram qoz
2 ədəd yaşıl soğan
50 qram kiçik pomidor
1 ədəd dolmalıq bibər
200 qram qatıq
150 qram rokfor pendiri
3 ml zeytun yağı
3 ml sirkə
300 qram təzə ispanaq
Duz, istiot, şəkər

Hazırlanması:

Qozları kobud şəkildə doğrayın. Yaşıl soğanları incə-incə dilimləyin. Pomidorları ortdan iki hissəyə bölün.
Bibəri incə uzun şəkildə kəsin.
Qatıq, rokfor pendiri, sirkə, zeytun yağı, duz və istiotu krem vəziyyətinə gələnə kimi blenderdən keçirin.
Yağsız tavada qozları qovurun.
Geniş bir kasaya təmizlənmiş ispanağı, kiçik pomidorları, qoz və sousu əlavə edərək qarışdırın.Pendir souslu yaz salatı(foto resept)

Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ