Tərkibi:200 qram un
145 qram kərə yağı
145 qram düyü şurubu (düyü nişastası ilə əvəz edə bilərsiniz)
1/4 ç/q duz
150 qram hind qozu südü
2 1/2 qram vanil
2 1/2 y/q kakao yağı
3 1/2 y/q kakao tozu
HazırlanmasıBir qabda un, kərə yağı, duz və düyü şrubunu qarışdırıb xəmir hazırlayın. 30 dəqiqə kənarda saxlayın
Sobanı 180 dərəcə isidin. Xəmiri yayın, stəkanla 12 dairə kəsin.
Xəmiri qəliblərə yerləşdirib sobada 10 dəqiqə bişirin.
Qazanda kərə yağını əridin. Hind qozu südü, düyü şurubu və vanili əlavə edib 20 dəqiqə qaynadın.
Bişən kekslərin içinə karamel əlavə edin, 6-8 dəqiqə soyuması üçün kənarda saxlayın.
Qaynayan suyun üzərinə kakao yağı əlavə edin. Kakao tozu və şurub əlavə edib isidin.
Karamelin üzərinə kakaolu qarışımı əlavə edin. Soyuduqdan sonra servis edin.
Nuş olsun!