Tərkibi (30 ədəd): 500 q hazır qat-qat xəmir
11 x.q. fındıqlı-şokoladlı pasta ("Nutella")
0.5 st. xırda doğranmış qoz (yaxud fındıq və s.)
6 x.q. şəkər pudrası (yaxud tozu)
Hazırlanması:Sobanı 220 dərəcə qızdırın. Formanı yağlayın.
Xəmirin donunu açın. Azca un səpilmiş masada 25x20 sm ölçüdə yayın. Üzərinə fındıqlı-şokoladlı pasta (məsələn, "Nutella") çəkin. Xırdalanmış qoz səpin (sevmirsinizsə, bu mərhələni ötürə bilərsiniz).
Sonra enli tərəflərdən üz-üzə olmaqla rulet kimi bükün. Orta hissəsini su ilə yaşlayın. İti bıçaqla 1 sm qalınlıqda dilimlərə doğrayın. Əgər xəmir çox yumşaqdırsa, onu doğramaq bir az çətin olacaq. Bu səbəbdən ruleti bir müddət dondurucuda saxlasanız, işiniz asanlaşar. Peçenyelər də daha səliqəli alınar.
Formaya yığıb üzərinə şəkər tozu səpin.
10-15 dəqiqə bişirin.
Bu peçenyelərə formasına görə "qulaq" da deyirlər. Yuxarı hissələrini azca dartıb, aşağısını da sıxmaqla isə ona ürək forması da vermək olar.
Nuş olsun!