Lazım olan ərzaqlar :100 qr tünd şokolad (75 % li )
50 qr kərə yağı ( yumşalmış)
0.5 stəkan şəkər tozu
2 yumurta
vanilin 1 ç.q
3 x.q un
1 x.q kakao
Hazırlanması:Şokoladı su hamamında (Benmari üsulu) əridin ( bir qazanda su qaynadıb üzərinə digər qabı qoyub içinə xırdalanmış şokoladı tökün. Qaynayan suyun buxarı ilə şokolad əriyəcək)
Kərə yağı və vanilini əlavə edib qarışdırın.
Şəkər tozunu da tökün.
2 yumurtanı əlavə edib yaxşı qarışdırın.
Sonda unu və kakonu qatın.
Eynicinsli məhlul alınana qədər qarışdırın.
Sonra şüşə qabları yağlayıb xəmirdən tökün.
220 dərəcədə 5-8 dəqiqə bişirin. Bişmə müddətindən asılı olaraq fondanın içi axıcı və ya çox saxlasanız içi bişib sadəcə şokoladlı keks olacaq.