Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Fındıqlı gəlin çantası resepti

Fındıqlı gəlin çantası resepti

Tərkibi:

1stəkan süd
1 ədəd yumurta
3 xörək qaşığı duru yağ
1 stəkan şəkər tozu
2 xörək qaşığı kakao
1 stəkan un
1 ədəd vanil
1 ədəd qabartma tozu

iç:

1 ədəd krem-şanti
2 stəkan soyuq süd

Kənarlarına sous üçün:

1 stəkan üyüdülmüş fındıq


Hazırlanması:


Dərin bir qaba süd, yumurta, duru yağ və 1 stəkan şəkər tozu əlavə edib mikserlə yaxşıca çalın. Daha sonra un və 2 xörək qaşığı kakao, vanil və qabartma tozunu əlavə edib mikserin yüksək sürətində həcmi 3 dəfə artanadək çalın. Ocaqda tavanı isidib, içini yağlamadan, istədiyiniz ölçüdə xəmir əlavə edin. Hər iki üzünü bişirin. Xəmir qalın olmamalıdır. Daha sonra bir qaba çəkib soyumasını gözləyin. Bir-birinə yapışmamasına diqqət edin.

Başqa bir qabda krem şantinin üzərinə 1 stəkan soyuq halda olan süd əlavə edib, yaxşıca qarışdırın. Daha sonra krem torbasına doldurub bişən xəmirlərin üzərinə yarıya kimi əlavə edib yarım ay şəklində qatlayın. Krem-şantili hissəsini fındığa batıraraq qablara düzün. Soyuducuda 1 saat saxlayıb, servis edə bilərsiniz.

Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ