Lazım olan ərzaqlar:I Qayda3 kq badımcan
1 kq- bolqar bibəri
1 ədəd acı bibər
1, 5 kq pomidor
yarım litr bitki yağı
2-3 x/q duz
II Qayda2 kq badımcan
1 kq bolqar bibəri
1 kq pomidor
1 kq. soğan
1 kq yerkökü
1,5 stəkan duru yağ
5-6 diş sarımsaq
1 ədəd acı bibər
duz
III Qayda5 ədəd badımcan
1 ədəd yerkökü
2 ədəd şirin bibər
2 baş soğan
2 ədəd pomidor
6 x/q bitki yağı
1 diş sarımsaq
duz, istiot
Hazırlanma qaydası:I QaydaSoğanların qabığı soyulub, ətçəkən maşından keçirilir. Sonra yağda qızardılır. Badımcanların qabığı soyulub, uzun-uzun doğranır. Duzlanıb, acı suyu çıxardılır. Sonra yağda qızardılıb, ətçəkən maşından keçirilir. Qovrulmuş soğanın üzərinə əlavə edilir. Bibərlər və pomidor da ətçəkən maşından keçirilib, badımcan və soğana əlavə edilir. Kütlə az odda bişirilir. Tez-tez qarışdırmaq lazımdır ki, dibi tutmasın. Üzərinə duz əlavə edilir. Kürü sterlizə edilmiş süsə bankalara yığılır, üzərinə qapaq qoyulur, ancaq bağlanmır. Bankalar 40-45 dəqiqə müddətində qaynar soya qoyulub, yenidən bişirilir. Sonda qapaqları möhkəm bağlanır.
II QaydaBadımcanları yuyub təmizləyib, uzun-uzun doğrayın. Üzərinə duz səpib, 1 saat saxlayın. Soba sinisinə yağ çəkib, badımcanları sobada bişirin. Yerkökünü sürtgəcin iri gözündən keçirin, bolqar bibərini doğrayın. Tavaya yağ töküb, yerkökünü tavada azca qovurun. Bibərləri əlavə edib, 5 dəqiqə də qovurun. Pomidor, sarımsaq, soğan və bişmiş badımcanı ətçəkən maşından keçirdin. Tavaya bol yağ töküb, soğanı qızardın. Üzərinə bütün ərzaqları əlavə edib, zəif odda yaxşıca qarışdıra-qarışdıra qovurun. Ərzaqların suyu çəkildikdə (qatı hala düşdükdə) badımcan kürüsü hazırdır. Hazır kürünü sterilizə olunmuş bankalara doldurub, qapaqla bağlayın.
III QaydaBadımcanların qabığını soyub, kub formasında doğrayın. Üzərinə biraz duz səpib, gözlədin. Suyunu sıxdıqdan sonra, yumşalanadək bitki yağında qızardın. Soğan və yerkökünü xırda-xırda doğrayıb, bitki yağında birgə qovurun. Qovrulmuş yerkökü və soğanın üzərinə kub şəkilində doğranmış bibəri də əlavə edib, yenə 5 dəqiqə qızardın. Xırda doğranmış pomidoru töküb, 10 dəqiqə də qovurun. Sonda bişmiş badımcanı və rəndələnmiş sarımsağı da əlavə edib,yenidən 5 dəqiqə qovurun. Hazır badımcan kürüsünü zövqə görə duzvə istiotlayıb, süfrəyə verə bilərsiniz.