Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ərik mürəbbəsi belə bişirilir - HAZIRLANMA QAYDASI

Ərik mürəbbəsi belə bişirilir - HAZIRLANMA QAYDASI

Yay fəsli evdar xanımlar üçün həm də mürəbbə, turşu fəslidir. Hər yeni mövsüm meyvəsi çıxdıqca xanımlar onun mürəbbəsini, kompotunu bağlayır. İndi də ərik mürəbbəsi bişirməyin vaxtıdır. Bəs yaxşı ərik mürəbbəsi necə bişirilir? Əlbəttə, hər xanım öz bildiyi reseptə əsasən bişirir. Amma Lunar.az-ın təqdim etdiyi bu resepti də bir sınaqdan keçirin.

Ərzaqlar:

2 kq ərik
Ərik toxumlarının ləpələri
750 qr şəkər tozu
1 limonun suyu

Hazırlanma qaydası:

Ərikləri yuyun və iki hissəyə ayırın. İçindən çıxan toxumları qırıb ləpələrini çıxarın və qazanın dibinə qoyun. Ərikləri də qazana yığıb qapağını bağlayın, 15 dəqiqə ərzində ara-sıra silkələyərək, orta odda öz buğunda bişirin. Sonra içinə 750 qr şəkər tozu tökün. Bu şəkildə də 35-40 dəqiqə, qapağı açıq bişirin. Hərdən üzərinə çıxan kəfini yığın. Limon suyunu da tökəndən sonra 10 dəqiqə qaynadın.

İstiykən kəfkirlə ərikləri götürüb, suyunu süzərək bankalara yığın, qapağını yaxşıca bağlayın və başıaşağı çevirin. Bu şəkildə uzun müddət saxlaya bilərsiniz.

Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ