Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Turşu-qovurmalı plov - RESEPT

Turşu-qovurmalı plov - RESEPT

Lazım olan ərzaqlar:

Plov üçün:

4 st. düyü
4 st. su
2 x.q. duz
300 q ərinmiş kərə yağı
3-4 yuxa

Turşu-qovurma (4 st düyü üçün):

750 qr ət
200 qr albuxara
200 qr ərik qurusu
200 qr ağ alça qurusu
2-3 baş soğan
300 qr şabalıd
200 qr kərə yağı
sarıkök

Plovun üstünə:

100 q kişmiş

Hazırlanma qaydası:

Plov:

Düyünü yuyub duzlu, soyuq suda 3-4 saat saxlayın. Qazanda su qaynadın. Duz əlavə edin. Qaynayanda düyünü tökün. Kəfkirlə qarışdırın ki, lopalanıb yapışmasın. Düyü alaçiy bişəndə süzün. Düyünün həlimini yumaq üçün üzərinə azca soyuq su gəzdirin.

Ayrı qazanda ərinmiş kərə yağını qızdırın.

Plov hazırlayacağınız qazanın dibinə 2-3 xörək qaşığı ərinmiş kərə yağı tökün. Yuxanı paxlava şəklində kəsin. Qazanın dibinə arası yağlanmaqla 2-3 qat döşəyin. Bu, çox əla üsuldur, çünki hər qat qızarır və qazmağın sayı çox olur. Həmçinin unutqan xanımlar üçün də yaxşıdır, aşağıdakı qat yanarsa, o biri qatlar salamat qalır. Üzərinə bir neçə kəfkir düyü səpin. Qazançada qızdırdığınız kərə yağından üzərinə gəzdirin. Düyünün qalanını da arası yağlanmaqla bir neçə dəfəyə döşəyin. Yuxarı hissəsini təpəcik kimi döşəyin. Taxta qaşığın dalı ilə düyünün üzərində bir neçə yerdən deşik açın. Ərinmiş yağ gəzdirin. Ortasına sarıkök səpin.

Əgər zəfəranlı plov bişirmək istəyirsinizsə, o zaman əvvəlcədən zəfəranı dəmləmək lazımdır. Düyünü qaynamağa qoyanda zəfəranı da dəmləyin: 1-2 çimdik zəfəranı stəkana qoyun. Üzərinə stəkanın yarısından qaynar su tökün. Ağzını örtün. Təxminən 10 dəqiqə dəm alsın. Düyünü qazana döşəyib yağlayandan sonra üzərinə zəfəranlı suyu gəzdirin (zəfəranı süzmək lazım deyil).

Qazanın qapağına parça bükün, ağzına kip örtün. Qazanı vam odda dəmirin üstünə qoyun. Qazanı 15 dəqiqədən bir fırladaraq təxminən 45 dəqiqə dəmdə saxlayın.

Turşu-qovurma:

Əti tikələrə doğrayıb bişirin (təxminən albuxaradan bir qədər iri). Bulyonunu süzüb bir kənara qoyun. Əgər ət sümüklüdürsə, iri sümüklərdən təmizləyin.

Şabalıdların başını çərtib qaynar suda 1-2 dəqiqə qaynadıb qabıqdan çıxardın.

Soğanı 2 bölüb uzununa doğrayın. Tavada kərə yağında qovurun. Qızılı rəng alanda sarıkök səpin. Üzərinə növbə ilə ət, şabalıd, ərik, alça və albuxarı döşəyin, duz, istiot səpin (yenidən sarıkök səpə bilərsiniz), süzülmüş bulyon əlavə edin. Vam odda 15-20 dəqiqə bişirin. Şabalıdlar yumşaq olmalı, amma əzilməməlidir.

Balaca tavada 2 xörək qaşığı kərə yağında kişmişi qovurun.

İri buluda plov çəkin. Üzərinə qazmaq düzün, qovrulmuş kişmişlə qaynar yağ gəzdirin. Turşu-qovurmanı ayrı qabda verin.

Nuş olsun!Lazım olan ərzaqlar:

Nuş olsun!

İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ