Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Salatlara bitki yağı əlavə edin ki...

Salatlara bitki yağı əlavə edin ki...

Yaz və yay mövsümlərində masalarımızı tez-tez dadlı və faydalı tərəvəz salatları bəzəyir.
Mütəxəssislər belə salatları əsas yeməkdən əvvəl yeməyi tövsiyə edirlər. Bu halda insan daha tez doyur və kalorilərlə zəngin olan əsas yeməyi daha az yeyir. Bu isə bədən çəkisini normada saxlamağa kömək edir.

Salatların əsas faydası onların müxtəlif vitamin və minerallarla zəngin olmasıdır. Xüsusilə belə salatlar pomidorda, bibərdə, turpda, bəzi göyərtilərdə olan A vitamini ilə zəngindir. A vitamini ən güclü antioksidant sayılır ki, bu vitamin orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi cavan saxlayır, bir çox xroniki xəstəliklərinin inkişafının qarşısını alır. Lakin nəzərə almaq lazımdır ki, A vitamini orqanizm tərəfindən yalnız yağlarla birlikdə mənimsənilir. Bu səbəbdən salatlardan maksimal fayda almaq üçün onlara mütləq bitki yağı və ya xama əlavə edin.

Salatlar digər üstünlüyü qidalı liflərlə zəngin olmasıdır ki, bu liflərin faydaları saymaqla bitməz: tez toxluq hissi yaradır və arıqlamağa kömək edir, bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır, qanda xolesterolun və şəkərin səviyyəsini aşağı salır, bağırsaq xərçənginin inkişafının qarşısını alır.(saglamolun.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ