Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dadlı küftəli makaron - Resept

Dadlı küftəli makaron - Resept

Makaronlu küftə ləzzətli dadı və asan hazırlanması ilə tez-tez bişirilən yeməklərdən biridir.

Lunar.az yeməyin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

250 qram dana qiymə

3 yemək qaşığı un

1 ədəd yumurta

1diş sarımsaq

1ədəd soğanın suyu

1 çay qaşığı duz

1 çay qaşığı qara istiot

1 çay qaşığı adi cirə

1 paket makaron

3 ədəd pomidor

2-3 təzə reyhan yarpağı

½ şorba qaşığı parmesan pendiri

1 yemək qaşığı duz

1 yemək qaşığı zeytun yağı

Qeyd: Makaron suyunun içərisinə qaynayarkən duz və zeytun yağı əlavə etməklə, makaronun yapışmasının qarşısını ala bilərsiniz.

Küftələri qızartmaq istəmirsinizsə, 180 dərəcəlik sobda 15-20 dəqiqə bişirə bilərsiniz.

Hazırlanması:

Qiyməni digər məhsullarla qarışdırıb, yaxşıca yoğurun. Sonra kiçik küftələr hazırlayın. Dərin tavanın içərisində küftələri qızardın. Qızaran küftələrin yağını süzün. Pomidorları sürtgəcdən keçirin. Makaron suyunun içərisinə duz və zeytun yağı əlavə edin. Qızarmış küftələri pomidorun içərisinə əlavə edin.

Qaynadılmış makaronu süzüb pomidor və küftələrin olduğu tavaya tökün. Pomidor və küftələr ilə makaronu yaxşıca qarışdırın. Servis etmədən öncə parmesan pendirini də əlavə edə bilərsiniz.

Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ