Yaz gələndə çoxlarının sevərək yediyi təzə bibər, pomidorla hazırlanan ləzzətli pomidor çığırtması hazırlamaq istəyirsiniz?
Lunar.az pomidor çığırtmasının hazırlanma qaydasını təqdim edir:
Lazım olan ərzaqlar:
2 yemək qaşığı duru yağ
3 ədəd yaşıl bibər
3 ədəd pomidor
½ çay qaşığı duz
3 ədəd yumurta
Zövqə görə, kaşar pendiri əlavə edə bilərsiniz.
Hazırlanması:
Bibərlərin rəngi dəyişənə qədər qovurun. Üzərinə qabıqları soyulmuş pomidorları əlavə edin. Pomidor bişdikdən sonra yumurta əlavə edin.Üzərinə düz və istədiyiniz ədviyyatlardan əlavə edə bilərsiniz. Son olaraq kaşar pendiri sevənlər pendir əlavə edə bilər. Pomidor çığırtmasını isti-isti servis edin.
Nuş olsun!