Qısa müddətdə dadlı bir yemək hazırlamaq istəyənlər, bu resept tam sizə görədir.
Lunar.az lavaşdan "tava börək" hazırlamağın qaydasını təqdim edir:
Lazım olan ərzaqlar:
200 qr qiymə
1 çay qaşığı adi cirə
1 çay qaşığı istiot ( pul bibər)
1 çay qaşığı qırmızı istiot
Duz, qara istiot
1 qaşıq qatıq
1 ədəd pomidor
2 ədəd lavaş çörəyi
2 yemək qaşığı kaşar pendiri
2 yemək qaşığı kahı
Hazırlanmasına gəldikdə, qiyməni ədviyyatlarla birlikdə bişirib kənara qoyun. Lavaşı tavaya yerləşdirib qiyməli içliyi içərisinə əlavə edin.
Qeyd edək ki, bu yeməyin xüsusi sousu var. Bunun üçün Balkanların məşhur “çeddar” pendirinə və kremə ehtiyacınız var. Sous olmadan da yeməyi hazırlaya bilərsiniz. Lavaşın içərisinə pomidor, kahı, kaşar pendiri qoyun. Az yağlı tavada 5 dəqiqə bişirin.