Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ev şəraitində marmeladın hazırlanması

Ev şəraitində marmeladın hazırlanması

Ev şəraitində marmeladın hazırlanması



Ev şəraitində marmeladın hazırlanması reseptini sizlərlə paylaşıram. Bu reseptlə hazırlanmış marmeladı ürəklə uşaqlarınıza da verə bilərsiniz. Çünki tərkibində heç bir zərərli qatqı yoxdur.

Lazım olan ərzaqlar:
— 120 ml su
— 400 qr. şəkər tozu
— 1 paçka jelatin
— 60 ml qaynanmış soyuq su
— 3-4 limonun şirəsi
— Azacıq şəkər tozu bəzək üçün

Hazırlanması:
3 iri limon götürülür, qabığı sürtgəcdən keçirilir.
Jelatin kristallarının üstünə 60 ml soyuq qaynanmış su tökülür və 5-10 dəqiqə isladılır.
400 qr. şəkər tozunun üzərinə 120 ml su tökülüb qaynamağa qoyulur və sirop hazırlanır. Siropun altı söndürülür və islanmış jelatin siropa əlavə edilir.
Limon şirəsi əlavə edilir və sirop süzülür. Süzülmüş ətirli sirop formaya tökülür, qapaqla örtülüb, 2 saatlığa soyuducuya qoyulur.
Hazır marmelad kubik formasında kəsilir və şəkər tozunda fırladılır.

Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ