Ərzaqlar:
200 qr un (2 su stəkanı)
50 qr kərə yağı (1 dolu yemək qaşığı)
yarım çay stəkanı süd
1 çay stəkanı bal
1 limon qabığı rəndəsi
Dörddə bir limonun suyu
1 paket qabartma tozu
1 paket vanil
Hazırlanması:
Kərə yağı və südü bir tavaya töküb isidin. Kərə yağı əriyəndə balı əlavə edin.
Digər ərzaqları başqa bir qaba tökərək qarışdırın. Kərə yağı-bal qarışımını da qatıb mikserlə çırpın. Yağlanmış kiçik sini, qəlib və ya mafin qablarına boşaldın. 175 dərəcədə əvvəlcədən qızdırılmış sobada qızarana qədər bişirin.
Keks qızardıqdan sonra ortasına bir diş çöpü batırın. Əgər çöpün ucunda xəmir yoxdusa, deməli, bişib, sobadan çıxarın ki, qurumasın.
Nuş olsun!