Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Allmalı piroqun HAZIRLANMASI

Allmalı piroqun HAZIRLANMASI

Allmalı piroqun HAZIRLANMASI




Tərkibi:
Xəmir üçün:


● Un (buğda) - 320 qr.
● Yumurta (toyuq) sarısı - 3 ədəd
● Yağ (kərə) - 200 qr.
● Toz (qabartma) - 1 x.q.
● Şəkər tozu - 125 qr.

İçlik üçün:
● Yumurta (toyuq) ağı - 3 ədəd
● Alma - 500 qr.
● Şəkər tozu - 100 qr.
● Kirşan (şəkər) - 100 qr.

Hazırlanması:
1) Kərə yağını iri gözlü sürtgəcdən keçirin. Yumurta sarılarını şəkər tozu ilə çalın. Alınan kütləni yağ ilə qarışdırın;

2) Qabartma tozu və un əlavə edin, xəmir yoğurun. Xəmiri buzxanaya qoyun;

3) Almaların qabığını soyun, xırda doğrayın, şəkər tozu ilə qarışdırın. Yumurta ağlarını şəkər kirşanı ilə bərk köpük alınana qədər çalın;

4) Xəmiri 3 hissəyə bölün: 2 eyni böyük və 1 kiçik;

5) Formanı yağlayın, böyük hissə xəmirin birini sürtgəcdən keçirin, üzərinə almaları əlavə edin, üzərinə ikinci böyük hissə xəmiri sürtgəcdən keçirin, sonra yumurta ağlarını xəmirin üstünə tökün, üzərinə kiçik hissə xəmiri sürtgəcdən keçirin;

6) 180 dərəcə qızdırılmış SOBAda 30 dəq. bişirin. SOBAda soyudun.








Jessica от 24 mart 2017 17:19
Bunun baska formasini bilirdim
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ