İnqradientlər:
3-4 kartof
2 baş soğan
4 yerkökü
5-6 yumurta
toyuq əti
mayonez
şüyüd
sarımsaq (istəyə görə)
Hazırlanması:
Kartofla kökü nazik saman kimi, soğanı yarımhalqa doğrayın. Növbə ilə bunları az yağda qızardın. Sonra salfetin üstünə qoyun ki, yağı çəkilsin.
Bişmiş toyuq ətini didin. Bişmiş yumurtanın ağını sarısından ayırın. Yumurtanın ağını saman kimi doğrayıb, ətlə, qızardılmış tərəvəzlə qarışdırın. Mayonez vurun. Xırda doğranmış sarımsaq və ya xardal da vura bilərsiniz.
Nuş olsun!