Kərə yağı və duru yağı qaba qoyub çırpın. Digər qabda yumurta ağını və qırmızı qida boyasını qarışdırın. Ayrı bir qabda un, şəkər, qarğıdalı nişastası, qabartma tozu, vanil, kakao, duz və karbonatı qarışdırın. Unlu qarışımı yağ qarışımına əlavə edin. Ardınca bu keks qarışımına qırmızı qida boyası əlavə olunmuş yumurta qarışımını əlavə edib qarışdırın. Əvvəlcədən isidilmiş 180º sobada bişirin.
Krem hazırlamaq üçün bütün ərzaqları qarışdırıb, soyuducuya qoyun.
Keks bişib soyuyandan sonra 3 bərabər hissəyə bölün. Aralarına və üstünə krem çəkin. Üstünə qoz doğrayıb tökün.