Tərkibi:
Lavaş 4 ədəd
Toyuğun döş əti
2 ədəd yerkökü
1 banka konserv qarğıdalı
2 ədəd yumurta
200 qr holland pendiri
Moyanez
Şüyüd
Hazırlanması:
İlk öncə lavaşı açırıq və mayanez çəkib üzərinə qarğıdalı səpirik.
Sonra üzərinə bir dənə də lavaş qoyub mayanez çəkib,toyuq əti qoyuruq.
Sonra yenə lavaş,üzərinə mayonez çəkilir və soyutma bişirilmiş ve xırda doğranmış yerkökü və şüyüd səpilir,duzlanılır.
Şüyüdün üzərindən bir də lavaş qoyulur mayonez çəkilir,rəndədən keçirdilmiş yumurta və pendir səpilir,duzlanılır.
Ən sonda rulet kimi bükürük. Soyuducuya qoyub 1-2 saat özünü tutmasını gözləyirik. Süfrəyə verdiyimiz zaman doğrayırıq.
Nuş olsun!