Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sevgilinizə bu yeməkləri bişirin – RESEPT

Sevgilinizə bu yeməkləri bişirin – RESEPT

Sevgilinizə bu yeməkləri bişirin – RESEPT



Sevgililər günündə sevgiliniz üçün özəl şam yeməyi planlaşdırmısınızsa, menyunuza aşağıdakı yeməklərdən birini də qatın. Lunar.az Sevgililər günü üçün 2 yemək və 1 şirniyyatın hazırlanma qaydasını təqdim edir.

Tərəvəzli bifşteks

Ərzaqlar:

500 qr bifşteks
1 ədəd qırmızı bibər
1 ədəd kök
2 nazik yaşıl bibər
3 diş sarımsaq
1 soğan
Duz
İstiot
Kəklikotu
1 yemək qaşığı nişasta
½ çay stəkanı duru yağ

Hazırlanması:

2 yemək qaşığı nişastanı ½ stəkan su ilə qarışdırın. Bifşteksləri barmaq şəklində doğrayıb nişastalı suya qoyun (Belə olanda bifştekslər daha tez bişir). Bifşteksləri bir az saxladıqdan sonra çıxarıb teflon tavada yağsız qızardın. Bibər, soğan, kök, sarımsağı doğrayın. Duru yağda qovurun. Üstünə duz, istiot, kəklikotu əlavə edin. 2 yemək qaşığı su töküb bişirin. Sonra yağsız, qovrulmuş bifşteksləri də içinə qatıb, bir az da bişirin. Odu söndürün.

Badamlı plov

Ərzaqlar:

1 stəkan yarım düyü
3 stəkan toyuq suyu, ya da su
Yarım stəkan badam
1 yemək qaşığı kərə yağı
4 yemək qaşığı duru yağ
Duz
Bir çimdik cəfəri

Hazırlanması:

İsti suda qabıqlı badamlar bir müddət saxlanılaraq, qabıqları soyulur. Plov qazanında kərə yağı və duru yağ birlikdə əridilir. Qabıqları soyulan badamlar yağda çox az qovurulur. Üzərinə təmizlənmiş və yuyulmuş düyü əlavə edilərək, yenə qovurulur. Varsa, toyuq suyu, yoxdursa, adi suyu əlavə edib duz qatın və vam odda təxminən 20 dəqiqə bişməyə qoyun. Adi su istifadə edirsinizsə, bir ədəd toyuq bulyonu əlavə edə bilərsiniz. Plov bişməyə yaxın nazik-nazik doğranmış cəfərini plova əlavə edin. Ağzını bağlayıb kağız dəsmala bükərək dəmləməyə qoyun.

Ürəkli tort

Ərzaqlar:

3 ədəd yumurta
1 stəkan süd
1 stəkan duru yağ
1 stəkan şəkər tozu
1 stəkan yarım un
Yarım stəkan buğda nişastası
1 paket vanil
1 paket qabartma tozu
2 yemək qaşığı kakao
3 ədəd banan


Muhallebi üçün:

2 stəkan süd
2 yemək qaşığı düyü nişastası
Yarım stəkan şəkər tozu


Krem şanti üçün:

1 stəkan yarım süd
1 paket krem şanti


Hazırlanması:

Əvvəlcə yumurtaları dərin bir qabın içərisində ağarıb şişənə kimi mikserlə çalın. Daha sonra şəkər tozu əlavə edin və əriyənə qədər çalın. Vanil, süd və duru yağı töküb çalandan sonra qalan quru ərzaqları da əlavə edin və yaxşıca qarışdırın. Hazırlanan xəmiri yuvarlaq tort qabına boşaldın. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 15 dəqiqə bişirin.

Daha sonra süd, nişasta və şəkər tozunu qaba əlavə edin. Çırpıb qarışıdırın və bişirin. Sonra soyudun. Krem şantini hazırladıqdan sonra keksin içərisini hovuz kimi ovub içərisində bananı bir neçə parçaya bölərək yerləşdirin. Bananın üzərinə süd, nişasta və şəkər tozlu qarışımı əlavə edərək təpəcik yaradın. Qalan keks parçalarını rəndələyib tortun üzərinə tökün. Nuş olsun!
Aile.lent.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ