Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bruschetta - Italyansayağı qəlyanaltı

Bruschetta - Italyansayağı qəlyanaltı

Bruschetta - Italyansayağı qəlyanaltı



Ənənəvi İtaliya qəlyanaltıları antipasta adlanır. Əsasən ana yeməkdən öncə taxta qablarda servis edilir. Bu gün sizə evdə də asanlıqla hazırlaya biləcəyiniz Bruschetta resepti təqdim edirik.

Tərkibi

2-3 ədəd pomidor
1 ədəd soğan
təzə reyhan
zövqə görə qızardılmış badımcan
mozzarella pendiri
1 diş sarımsaq (keçirilmiş)
5-6 yemək qaşığı duru yağ və ya zeytun yağı
duz
zövqə görə hisə verilmiş qızıl balıq (balıq üçün təzə çüyüd)
italyan üsulu çörək


Hazırlanması

Çörəyi orta qalınlıqda kəsirik. Sobada və ya tavada iki tərəfini də çox qızartmadan və qaraltmadan qızardırıq. Zeytun yağı və sarımsağı bir qabda qarışdırırıq. Bu qarışığı isti çörəklərin üstünə fırça ilə çəkirik. Pomidor, soğan və bir neçə reyhan yarpağını xırda xırda doğrayıb duz əlavə edib qarışdırırıq. Çörəyi bu qaşırıqla, qızıl balıqla və pomidor-mozzarella pendiri ilə servis edə bilərsiniz.

Nuş olsun!










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ