Tərkibi (8 pay):
1 kq paltus filesi
1 qırmızı bolqar bibəri
1 baş soğan
3 budaq kərəviz
3 diş sarımsaq
3 x.q. zeytun yağı
1 st. tomat şirəsi
0.5 st. alma şirəsi
800 q pomidor konservi (qabıqsız)
2 x.q. xırda doğranmış cəfəri
0.5 x.q. duz
0.5 ç.q. qurudulmuş reyhan
1/8 ç.q. qurudulmuş kəklikotu
1/8 ç.q. qara istiot
Hazırlanması:
Xırda doğranmış bibər, kərəviz, soğan və sarımsağı yağda yumşalınca qovurun.
Tomat şirəsi, alma şirəsi, xırdalanmış pomidor və ədviyyatı əlavə edib 30 dəqiqə qapağı bağlı olaraq bişirin.
Balığı əlavə edib hazır olunca, təxminən yarım saat bişirin. Duz-istiot vurun. Üzərinə doğranmış cəfəri səpin.
Nuş olsun!