Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qış nağılı salatı (resept+hazırlanması)

Qış nağılı salatı (resept+hazırlanması)

Qış nağılı salatı (resept+hazırlanması)


Tərkibi


500 qr dana əti (zövqə görə)
4 ədəd yumurta
300-400 qr göbələk
1 ədəd soğan
2 ədəd yerkökü
350 qr mayonez
duz və istiot

Bəzəmək üçün


şüyüd
nar dənələri
zeytun

Hazırlanması:


Qaynadılmış əti uzunsov formada kəsirik. Servis boşqabına əlavə edərək üzərinə mayonez çəkirik. Qaynadılmış yumurtanın ağını sarısından ayırırıq. Ayrı-ayrılıqda sürtgəcdən keçiririk. Yumurtanın sarısını ətin üzərinə səpirik. Soğanı uzunsov formada doğrayırıq. Tavaya bir qədər yağ əlavə edərək incə doğranılmış göbələkləri istiot səpərək soğanla birlikdə qızardırıq. Daha sonra göbələklər bir qədər soyuduqdan sonra yumurtanın üzərinə əlavə edərək mayonez çəkirik. Qaynadılmış yerkökünü sürtgəcdən keçiririk. Daha sonra servis qabına əlavə edib mayonez çəkirik. Sonra isə yumurta ağını sürtgəcdən keçirərək salatın üzərinə səpirik. Salatınızı zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ