Lunar.az yarım saata hazırlanan əriştəli şorba reseptini təqdim edir. Şorba dadlı və doyumlu olmaqla yanaşı, həm də bədəninizin su tarazlığını qarşılayacaq.
Lazım olan ərzaqlar:
- 1 stəkan əriştə - Yarım soğan - Yarım çay stəkanı yaşıl mərcimək - 2 diş sarımsaq - 1 ədəd pomidor - 1 ədəd bibər - 1 xörək qaşığı ölçüsündə duru yağ və kərə yağı - 5 stəkan su
Hazırlanması:
Soğan və sarımsaqları xırda doğrayın. Pomidorun qabığını soyun, bibərin saplağını və toxumlarını təmizləyin, sonra eyni ölçüdə doğrayın. Yağlar qazana tökün. Üzərinə sarımsaq, soğan və əriştəni əlavə edib qovurun. Soğan qızarana yaxın üzərinə doğradığınız pomidor və bibəri, duzu əlavə edib qarışdırın. Daha sonra yaşıl mərcimək və tomatı da qatıb 3-4 dəqiqə qovurmağa davam edin. Son olaraq 5 stəkan suyu əlavə edərək 20 dəqiqə bişirin. Üzərini cəfəri və limonla bəzəyib servis edə bilərsiniz.