Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Pizza xəmiri belə hazırlanır - RESEPT

Pizza xəmiri belə hazırlanır - RESEPT

Pizza xəmiri belə hazırlanır - RESEPT



Evdə pizza hazırlamaq istəyənlərin ən çox diqqət etdikləri məqam pizza xəmiridir. Pizza xəmiri yaxşı olmadıqda bütün əziyyət heç olur. Budur, Lunar.az evdə mükəmməl pizza xəmiri hazırlamağın yolları ilə sizi tanış edir.

Vəsaitlər:

- 5 stəkan su
- 1 qaşıq şəkər tozu
- 1 paket instant maya
- 1.5 stəkan süd (ilıq olmalıdır)
- ½ su stəkanı duru yağ
- 1 dənə yumurta
- ½ yemək qaşığı duz

Hazırlanması:


Dərin bir qabın içinə maya, şəkər tozu və ilıq südü töküb qarışdırın. Sonra bu qarışımı 15 dəqiqəyə qədər saxlayın. Qabardığını görəcəksiniz. Qabaran mayalı qarışımın içinə duru yağı, duzu və yumurtanı əlavə edib təkrar qarışdırın. Üzərinə çox yavaş olmaq şərtilə un əlavə edin, əlinizə yapışmayacaq bir xəmir halı alana qədər yoğurun. Şüşə bir qab çıxarıb xəmiri içinə qoyun və üzərini streçle bağlayın. Bu xəmir 45 dəqiqə-1 saata qədər belə mayalanacaq. Təxminən 2 dəfə çoxalacaq. Mayalanan xəmiri 3 hissəyə bölün. Təmiz bezin üzərinə xəmir kündəərini qoyun. Bu şəkildə də 15 dəqiqə saxlayın. Daha sonra istədiyiniz incəlikdə yayıb aça bilərsiniz.

Pizza xəmiri hazırlayarkən bu məqamlara diqqət yetirin.


• Xəmiri bir gecə əvvəl yoğurub saxlasanız, daha ləzzətli olacaq.
• İstifadə edəcəyiniz mayanın instant maya olmasına diqqət edin.
• Xəmiri hazırlayarkən əlavə etdiyiniz unu çox yavaş tökün.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ